“İştirak etdiyim qazi toylarında pul almıram, əksinə pul xərcləyirəm…”backend

“İştirak etdiyim qazi toylarında pul almıram, əksinə pul xərcləyirəm...”

“Əlbəttə ki, əvvəlki toylarımız yaxşı idi, 500-1000 nəfər adam olurdu. Yüz əlli nəfərlə toy etmək kimə sərf edər ki?!”.

KONKRET.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış bədii qiraətçi Pünhan İsmayıllı deyib.

P.İsmayıllı dəvət aldığı qazi toylarında təmənnasız iştirak etdiyini bildirib:

“Sənətçilər kimi mən də toylar başlayandan bir neçə toyda iştirak etmişəm. Əsasən bir neçə qazi toylarında iştirak etmişəm və orda da heç kəsdən pul almıram. Əksinə pul xərcləyirəm. Çünki onlar bizim Vətənimiz uğrunda qanlarını töküblər, hər birimiz şəhid və qazilərimizə, onların ailələrinə hörmətlə yanaşmalıyıq.

Əlbəttə ki, əvvəlki toylarımız yaxşı idi, 500-1000 nəfər adam olurdu. Yüz əlli nəfərlə toy etmək kimə sərf edər ki?! Belə toy etmək heç cür sərf etmir. Restoran sahibləri var ki, 700 nəfərlik zalı 150 nəfərlik toy edirlər. Orda 20 nəfər işçi var, onların maaşı, işıqpulu və sair xərclər var ki, onları verə bilmir. İnşallah yaxşı olar, qismət Allahdan”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*