İzzət Bağırov: “Müğənnilərin 70%-i kreditə maşın sürür”backend

İzzət Bağırov: “Müğənnilərin 70%-i kreditə maşın sürür”

İzzət Bağırov ATV televiziyasında yayımlanan “Günün Sədası” verlişində qonaq olub.

KONKRET.az xəbər verir ki, müğənni öz sənət dostlarını ittiham edib.

O, bir çox müğənnininkreditlə özlərinə maşın aldıqlarını və bunu heç vaxt söyləmədiklərini deyib:

“Kim kimdən küsür, gəlir müğənniyə söz atır, acığını da müğənnidən çıxır. Heç kim düşünmür ki, müğənni əgər bir ev alıbsa, onu neçə il ərzində alıb. Həmçinin maşını da neçə illər ərzində pul yığaraq alıb. Bu gün müğənnilərin 70%-nin maşınları kreditlə alınıb, hələ də kredit borclarını ödəyirlər. Evləri də kreditlə ödəyən, hətta borcu olan müğənnilər də az deyil. Mənim hal-hazırda kredit borcum yoxdur, amma əvvəl mən də kredit ödəmişəm. İnsan düşə də, qalxada bilər. Gərək hər şeyə dözəsən.” – deyə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*