Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ prezidenti Donald Trampa göndərdiyi məktubunda impiçment prosedurunun başa çatması münasibətilə təbriklərini çatdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.
Jirinovski ABŞ-ın aşağı palatasının spikeri Nensi Pelosinin hərəkətlərinin yersiz olduğunu və Ağ Evin rəhbərinə qarşı irəli sürülən ittihamların “çirkin və yalan olduğunu” deyib.
Rus millət vəkilinin sözlərinə görə, Liberal Demokrat Partiyasının bütün üzvləri “sizin uğurlarınız üçün bir bokal qaldırmaq üçün ABŞ-a getməyə hazırdır”.
O, həmçinin Trampı Mayamidə birgə şam yeməyinə dəvət edib: “Yeməyin pulunu da özüm verəcəm”.
Babək Göyüş
KONKRET.az
