Jurnalist Tahir Abbaslı vəfat etdibackend

Jurnalist Tahir Abbaslı vəfat etdi

Jurnalist, Qarabağ uğrunda xalq hərəkatının fəal iştirakçısı Tahir Abbaslı uzun sürən xəstəlikdən sonra iyulun 18-də, 73 yaşında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Tahir Aydınoğlu bildirib.

Mərhum T.Abbaslı BDU-nun Jurnalistika fakültəsini bitirib, AzTV-də Ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru, “Xoş gördük” səhər proqramının direktoru vəzifələrində çalışıb. Son iş yeri “Mədəniyyət” qəzetində idi, o, qəzetdə baş redaktor müavini vəzifələrində işləyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*