Yeni “könüllülər” dəstəsi “xüsusi əməliyyatda iştirak etmək üçün Çeçenistandan Ukraynaya gedib”.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bu barədə məlumat verib:
“Biz Ukraynada xüsusi əməliyyatda iştirak etmək üçün könüllülərdən ibarət daha bir dəstə göndərdik. Ölkənin hər yerindən yüzlərlə əsl vətənpərvər tezliklə dislokasiya zonasına gələcək, Bandera və millətçi şər ruhlarla döyüşəcək”, – Kadırov Teleqram kanalında yazıb.
Sevinc Paşayeva,
KONKRET.az
