Çeçenistan rəhbəri Ramzan Kadırov Kreml və Ağ Evdən video yayımlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kadırov Moskvaya və Ağ Evə işgüzar səfərini əks etdirən yeni videolar paylaşıb.
O videonu “Moskva, Kreml. Biz işləyirik” başlığı ilə dərc edib.
Xatırladaq ki, Çeçenistan rəhbəri Moskvada işgüzar səfərdədir. Ötən gün onu prezident Vladimir Putin qəbul edib. Bu gün isə Kadırov Rusiyanın baş naziri Mixail Mişustinlə görüşəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
