Kadırov öz xüsusi təyinatlılarına ukraynalı uşaqları OĞURLAMAĞI TAPŞIRIB – VİDEObackend

Kadırov öz xüsusi təyinatlılarına ukraynalı uşaqları OĞURLAMAĞI TAPŞIRIB - VİDEO

Kadırov öz xüsusi təyinatlılarına ukraynalı uşaqları oğurlamağı tapşırıb.

KONKRET.az xəbər verir ki, martın 13-də səhər saatlarında daxili işlər nazirinin müşaviri Anton Geraşenko Çeçenistan rəhbəri Ramzan Kadırovun xüsusi təyinatlıları ilə ukraynalı uşaqların oğurlanmasını müzakirə etdiyi videonu yayıb.

“Kadırov Ukraynaya gəlib və ilk işi uşaq evindən uşaqları oğurlamaq üçün əməliyyat planlaşdırmaqdır. Özünüz qulaq asın ki, onlar əclaf Kadırova nə deyirlər”, – deyə Geraşenko yazıb.

Belə ki, kadırovçular uşaq evinə həyasızcasına daxil olduqlarını, lakin orada heç kimin olmadığını bildiriblər.

“Kadırovizmin bütün mahiyyəti budur: adam oğurluğu, işgəncə, hədə-qorxu gəlmək və sosial şəbəkələr üçün poza vermək. Görünür, onlar Kadırovun videosunun növbəti çəkilişi üçün uşaq evinin uşaqlarından istifadə etmək istəyiblər”, – deyə Geraşenko əlavə edib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Kiyevdən bir qədər aralıda kadırovçular var və onlar 12 yaralı rusu güllələyiblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*