Kadırovun əsgərlərindən xəbər var.
KONKRET.az xəbər verir ki, bu barədə Krım tatarlarının lideri Əbdülcəmil Kırımoğlu məlumat verib. O bildirib ki, Putinə dəstək üçün Ukraynaya 1500 əsgər göndərən Çeçenistan lideri Kadırovun əsgərlərinin yarısı öldürülüb. Əsgərlərin meyitlərinin Rusiyada morqlarda saxlandığını bildirib.
Kirimoğlu iddia edib ki, cəsədlər Çeçenistana qaytarılsa, çeçenlərdə nəticəsi bəlli olmayan qəzəb yaranacaq.
Xuraman Etibarlı,
KONKRET.az
