“Kamal döyülərək öldürülməyib” – İdmançının bloger xanımından AÇIQLAMAbackend

"Kamal döyülərək öldürülməyib" - İdmançının bloger xanımından AÇIQLAMA

3 gün öncə nikah mərasimi keçirilən idmançı Kamal Namazovun döyülərək öldürülməsi barədə yayılan məlumatlar düzgün deyil.

KONKRET.az xəbər verir ki, bunu trend-ə açıqlamasında K.Namazovun həyat yoldaşı Ayşən Şirəliyeva deyib.

O bildirib ki, həyat yoldaşı qəfil vəfat edib:

“Həmin gün Kamalla birlikdə marketdən evimizə alış-veriş etmişik. Axşamtərəfi Kamal yatdı və yuxuda dünyasını dəyişdi.

Onun idman zalında döyülməsi və həmin xəsarətlərdən dünyasını dəyişməsi yalandır. Yayılan məlumatlar düz deyil. Sosial şəbəkədə stresdən nə yazmışam, bilmirəm”.

Xatırladaq ki, sosial şəbəkələrdə 3 gün əvvəl nikah mərasimi keçirilən idmançı Kamal Namazovun idman zalında döyülməsi və həmin xəsarətlərdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Faktla bağlı prokurorluqda araşdırmalar başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*