Kamran Əliyevin müavini hərbi helikopterin qəzaya düşdüyü ƏRAZİYƏ GETDİbackend

Kamran Əliyevin müavini hərbi helikopterin qəzaya düşdüyü ƏRAZİYƏ GETDİ

Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər.

Bu barədə KONKRET.az-a hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

  • Namiq
    Noyabr 30, 2021 - 14:40

    Qəzada həlak olan qardaşlarımıza Allah rəhmət eləsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*