Kanslerdən Trampa İran xəbərdarlığı: Bu plan risklidir!backend

Kanslerdən Trampa İran xəbərdarlığı: Bu plan risklidir!

Almaniya kansleri Fridrix Merts İrana qarşı hərbi hücumların ölkədə siyasi dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağından əmin deyil.

KONKRET.az xəbər verir ki, o, bu barədə Vaşinqtona səfəri zamanı jurnalistlərə deyib.

“ABŞ planının işə yarayıb-yaramayacağını, xaricdən hərbi hücumların ölkə daxilində siyasi dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağını hələ bilmirik. Bu plan risksiz deyil və biz də onun nəticələri ilə üzləşməli olacağıq. Buna görə də Donald Trampla söhbətim zamanı bir sıra sualların olduğunu dedim”, – deyə kansler əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*