Kazım Qaribabadi: “Süleymaninin qətli işində 94 müttəhim amerikalıdır”backend

Kazım Qaribabadi: "Süleymaninin qətli işində 94 müttəhim amerikalıdır"

“General Süleymaninin öldürülməsi ilə bağlı 94 müttəhim amerikalıdır. Onlardan ilk üçü Donald Tramp, Mayk Pompeo və Kennet Makkenzidir.

KONKRET.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İran Ədliyyə Sisteminin rəhbərinin beynəlxalq məsələlər üzrə müavini və İnsan Haqları üzrə Baş Qərargahın katibi Kazım Qaribabadi danışıb.

O, deyib ki, İran və İraqda İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds diviziyasının baş komandanının qətli faktı ilə bağlı cinayət işləri açılıb.

“İran və İraqın məhkəmə orqanları arasında birgə komitə yaradılıb. Danışıqların üç raundu Tehran və Bağdadda baş tutub. Keçən həftə biz gələn həftənin əvvəlində komitə iclasının dördüncü raundunun keçirilməsi barədə razılığa gəldik. Bu birgə komitə çərçivəsində iki ədliyyə qurumu arasında çox yaxşı məlumat və sənədlər mübadiləsi aparılıb və dəlillər bizim ədliyyə məmurlarımıza araşdırmalarını başa çatdırmaqda köməklik edib”, – deyə Qaribabadi qeyd edib.

Onun sözlərinə görə, İran və İraq arasında danışıqların dördüncü raundu başa çatdıqdan sonra iranlı vəkillərin Beynəlxalq Əlaqələr Prokurorluğu çərçivəsində hazırladıqları ittiham aktı tamamlanacaq.

İranın İnsan Hüquqları üzrə Baş Qərargahının katibi qeyd edib ki, bütün lazımi sənədlər məhkəmə orqanları tərəfindən toplanıb və bu 94 təqsirləndirilən şəxs haqqında ən azı üç tam cild hazırdır.

Xatırladaq ki, general Qasım Süleymani 2020-ci ilin yanvarında İraqın Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb. ABŞ-ın o zamankı prezidenti Donald Tramp qətiyyətlə deyirdi ki, bir neçə səfirlik üçün təhlükə onu zərbə əmri verməyə məcbur edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*