Kazinyan: “Nikolun mitinqinin yeganə mənası Ermənistandan qisas almaqdır”backend

Kazinyan: “Nikolun mitinqinin yeganə mənası Ermənistandan qisas almaqdır”

“Aydındır ki, Nikol bu mitinqlə hakimiyyəti qorumaq məsələsini həll edə bilməyəcəyini çox yaxşı başa düşür. Bütün dövlət resursları həm institusional, həm də kadr baxımından ondan qaçır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Vahid Ermənistan” partiyasının rəhbəri Artur Kazinyan bildirib.

O bildirib ki, zamanla Nikol hər şeyini itirdi. Siyasətçi hesab edir ki, onun bu mitinqində rejimin qalıqları iştirak edə bilər: itirəcək başqa bir şeyləri olmayanlar. Bu say isə vur-tut bir-iki min adam ola bilər:

“Nikolun məqsədi artıq hakimiyyəti əlində tutmaq deyil, məqsədi gələcək gücünü mümkün qədər çirkləndirmək və leqallaşdırmaqdır. Onun əli qana susayıb. Əgər onun mitinqinə xeyli adam gələrsə, Baqramyan prospektində müxalifətin mitinqilə toqquşması qaçılmazdır. Xüsusi təyinatlılar, polis, ordu müdaxilə edəcək və nəticədə ancaq qan töküləcək. Nikol gələcək gücə qanlı bir damğa vurmaq istəyir”.

Artur Kazinyan deyib ki, “Nikolyönümlü media bir müddət varlığını davam etdirəcək, işləri bu qanı “yaymaq” olacaq və yeni səlahiyyətlilər isə öz növbəsində məcburiyyətdən bu mətbuatı susdurmalı olacaqlar. Bu isə o deməkdir ki, Nikol gələcək hökumətə diktatura damğasını vurmaq istəyəcək. Bax beləcə onun mitinqinin yeganə mənası bu olacaq – xalqdan intiqam almaq, Ermənistanda olmadığına görə qisas almaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*