“Paşinyanın iyunun 20-də Ermənistan Milli Məclisinə erkən seçki keçirmək barədə siyasi qərarı Ermənistanın siyasi dairələri tərəfindən birmənalı qarşılanmadı. Bəziləri dərhal bu seçkilərdə iştirak edəcəklərini elan etdilər, bəziləri isə hələ Paşinyanın şəxsiyyətinə və gücünə dərin inamsızlıq hiss edərək mövqelərini bildirmədilər”.
KONKRET.az xəbər verir ki, bu fikiləri “Bir Ermənistan” partiyasının lideri vəkil Artur Kazinyan özünün facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Türkiyənin Paşinyanın fövqəladə parlament seçkiləri keçirmək qərarını alqışlaması xüsusilə diqqəti cəlb edir:
“Ancaq daha vacib bir sual var: niyə məhz iyunun 20-də? Paşinyanın siyasi hesablaması nədir? İstefasından əvvəl hansı hərəkətləri etməlidir? Erməni maraqlarına qarşı ən böyük təhlükə budur, hətta bir sui-qəsd də demək olar. Paşinyan və komanda yoldaşları dəfələrlə “layiqincə” məğlub olmaq, eləcə də Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq xəyallarını dilə gətirdilər, lakin bu münasibətlər hələ həll olunmayıb.
Paşinyan və komandasının Türkiyəyə olan xüsusi sevgisi artıq heç kim üçün sirr deyil, amma bir çoxları hələ də niyə Türkiyənin Ermənistanla sərhədi açmadığını, niyə diplomatik münasibətlər qurulmadığını başa düşmürlər? Niyə Türkiyə və Azərbaycan pulları Ermənistanın “qürurlu” vətəndaşlarının ruhunu istiləşdirmək üçün Ermənistana axmadı?
Üstəlik, münasibətlərin normallaşması üçün əsas məsələ olan Artsax məsələsini Paşinyan artıq həll edib Azərbaycana təslim edib. Onlar bu işləri ardıcıl həyata keçirirlər. Seçkilər ərəfəsində Paşinyan hava və su kimi, barışıq doktrinasına bəraət qazandıran bir nəticəyə ehtiyac duyur, bu, Ermənistanın “qürurlu” vətəndaşlarına gözəl “sülh” paketində satıla bilən bir maddi nailiyyətdir. Əslində isə fəaliyyətin mahiyyətində Türkiyəyə sevgi durur.
Türkiyə isə 24 aprel Ermənistan hakimiyyəti və Paşinyandan erməni iddialarından imtina etməyi, türkləri bağışlamağı və nəhayət, erməni məsələsini bağlamağı gözləyir, bundan sonra yalnız Türkiyə Ermənistanla sərhədi açacaq və Paşinyan bütün bunları təqdim edəcək seçkilərdə uzunmüddətli sülh üçün bir müvəffəqiyyət və tarixi bir fürsət əldə edəcək”.
Natiq Səlim,
KONKRET.az
