İstipress.com xəbər saytı fəaliyyətini dayandırıb.
KONKRET.az-ın araşdırmasına görə, sayta 24 dekabr 2020-ci ildən yeni xəbər yerləşdirilmir.
Xəbər saytının təsisçisi tanınmış jurnalist Sevda Həsənovadır. O, ANS TV-də baş direktor işləyib.
Qeyd edək ki, sayt bağlansa da, S.Həsənovanın təsisçisi olduğu “İsti Press” MMC Qarabağda radio açmaq istəyir. İddiaçılar arasında Vahid Mustafayevin “Balans Studiyası” və Seyfulla Mustafayevin “İNS ÇM” şirkətləri də var.
Natiq Səlim,
KONKRET.az

