Kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi qaydası hazırlanacaqbackend

Kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi qaydası hazırlanacaq

Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydası hazırlanacaq.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Torpaq Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Prezident İlham Əliyevin digər fərmanına əsasən isə Nazirlər Kabineti daşınmaz əmlakın dövlət kadastr sənədlərinin məzmununa dair təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*