“Kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq” – Osman Gündüzbackend

"Kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq" - Osman Gündüz

Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.

Abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.

KONKRET.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında bildirib ki, əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətlərə ehtiyac yoxdur:

“Əlçatanlıq, biznes və inkişaf və rəqəmsal transformasiyanın güclənməsi baxımından ölkədə yüksək sürətli internet infrastrukturunun olması mühüm əhəmiyyət kəsb edir. Son 3 ildə ölkədə bu istiqamətdə ciddi işlər görülüb. Amma əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətlərə ehtiyacı yoxdur. Regionlarda, kəndlərdə yaşayan bəlli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya və xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir.

Regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhali iki il öncə 10-12 manat verib bu internet sürətini əldə edirdi. Ötən ildən isə Aztelekom bu minimal sürəti 50 % qaldıraraq qiyməti 18 manat (40 Mbit/s) etmişdi. İndi isə Aztelekom yenidən bu minimal tarifi 40% qaldıraraq qiyməti 25 manat etməyi düşünür.

Təsəvvür edin ki, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zəruri olan internetin qiyməti son iki ildə toplam 100% qalxıb.

Eyni funksiyanı icra etmək, eyni tələbatı ödəmək çün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir

AİF olaraq biz hökumətə, RİNN-ə təklif etmişdik ki müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tariflər əvvəlki qaydada saxlanılsın”.

O Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə də müraciət ünvanlayıb:

“Sizin gözünüzün qarşısında inhisarçı son iki ildə minimal tarifi 2 dəfə qaldırıb. İtehlakçıların hüquqlarını qorumaq sizin vəzifənizdir. Aztelekom da dövlət operatorudur və rəsmi sənədlərə görə inhisarçıdır. Tələbatı olmadığı halda bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir ?”

O.Gündüz regionlarda internet tarifinin artırılması ilə baş verəcəkləri sadalayıb:

“1. Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq

2. Regionların və kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək

3. Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir hal olacaq

4. Antiinhisarın və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görsənəcək və s”.

Aygün Mirakif

KONKRET.az

  • Namiq
    Avqust 14, 2024 - 19:15

    Yaxşı olar ki, Osman müəllim verilən internet sürətinin həqiqətə uyğun olub olmamasını açıqlasın. Doğrudanmı internetin sürəti 100M/bit-dir (testdə göstərilən formal sürəti yox).

  • Məmmədağa
    Avqust 14, 2024 - 22:58

    Mən Rayonda Yaşayıram İnterneti Ləğv Elədim Nəinki Mən Bir Çox Qonşularda İmtina Etdilər

  • Fərhad
    Avqust 15, 2024 - 01:36

    Niye mecburi suretde 25 m minimum limit qoyur. 50 ele 20 m olsun biz neynirik 100 u hansisa dovlet idarelerinde işlemirik . Minimum 25 den baslamagi boyuk problemdir beli cammat birlesecek 3 ev 1 xetden isdifade edecek.

  • Ramin
    Avqust 15, 2024 - 01:50

    İnterneti legv eledin bes melumati haradan alacaqsan? Mendə 5 il olar ev telefonumu legv eledim.

  • sehla
    Avqust 15, 2024 - 08:01

    Bizdə kececik Mb-a

  • Elnur
    Avqust 15, 2024 - 09:16

    Qonsular birlesin aztelekoma yerlesdirin kentci seyi gorsun ne boydadi)))))

  • Aynur
    Avqust 15, 2024 - 14:26

    Salam.Biz də ləğv etdik interneti.25 manat çoxdu.Çox pis

  • Anar
    Avqust 15, 2024 - 15:05

    Şəxsən mənə belə bahalı internet lazım deyil. Gələn aydan internetlərin alıb başlarına çalsınlar. Yükləmiyəcəm…….

  • Elnur
    Avqust 15, 2024 - 16:30

    Uje qalxdi antihisar hecnedi yeke yerden bir yerden zeng geldi hamisoxdu icine yeqin girin sayitlara baxin

  • Natasa
    Avqust 16, 2024 - 13:47

    Kendlere iki internet cekibler.lazimdi?
    Soymaga qoyun axtarirlar.hamiya cekib qiymeti 10 m ele hami da pul vurub isletsin .kendde bank ,xestexana i dovlet idaresi,nazirlik yoxdur .herenin 1 tel bir de televizoru tek tuk de komputeri olan var .

  • Kənan
    Avqust 16, 2024 - 21:13

    Məndə heç bir ödəniş edən deyiləm . Çox pis haldır bir başa bu camaatın cibinə girməkdir. 10 manatiiq Mqb yetir mənə.

  • Nazir balası
    Avqust 17, 2024 - 11:18

    Guya destleri kimi edirlər

  • Ağa
    Avqust 17, 2024 - 14:56

    Mən kəntdə yaşayıram və ktv 1 internetinnən istifadə edirəm 3 antenalı vifi aparatına 17 azn ödəyirdim indi isə 25 azn olub amma mənim devlətdən 1 azn belə gəlirim yoxdu zulum zülmətlə qazandığımız pulu nəyə görə internetə ödəməliyik dövlətdən 1 azn belə mənə pul gəlmirsə internetdə mənə lazım deyil uzaq başı qonşumla şərikli internedtən istifadə edərik

  • Valeh
    Avqust 17, 2024 - 21:42

    Bu ölkə heçkim heçnə deməyince elə də olacaq elə qaz işıqda qalxacaq ölkədə böyük yoxdur olsaydı belə olmazdır

  • Firuz
    Avqust 18, 2024 - 14:18

    Minimum internetin qiyməti 13-15 AZN olaraq qalsın.Həmin qiymətə görə internetin sürəti kimləri qane etmirsə,əlavə ödənişlər etsinlər və yüksək sürətli internetdən istifədə etsinlər.Pensiya ilə dolanan ailələr,bir çox işsiz gənclər 25 AZN lik interneti necə ödəyə bilərlər? 13azn hara? 25 AZN hara? Aidiyyəti qurumlar,biz yoxsul təbəqəni də nəzərə alın.

  • Fidan
    Mart 21, 2025 - 16:43

    Mən düşünürəm ki, 1980-ci illər kimi keçənlər artacaq. Çünki, internet qiyməti artdıqca, artıq telefondan imtina edənlər artacaq. Belə çıxır ki, düyməli telefondan istifadə edək 🤣

Kənan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*