Kipr öz silahlarını Ukraynaya VERƏCƏK – “Forbes”backend

Kipr öz silahlarını Ukraynaya VERƏCƏK - "Forbes"

Kipr ABŞ-ın Sovet istehsalı olan silahlarının Ukraynaya təhvil verilməsi tələbinə razıdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Kipr Prezidenti Nikos Anastasiadis ABŞ-ın Sovet istehsalı olan silahların Ukraynaya təhvil verilməsi tələbini alqışlayıb.

Kipr ordusu “Tor”“Buk” zenit-raket kompleksləri ilə silahlanıb. Kipr həmçinin 1990-cı və 2010-cu illərdə Rusiyadan aldığı T-80 tanklarını Ukraynaya verməyə hazırdır.

Nəşrin istinad etdiyi məlumatda bildirilir ki, Kipr adekvat bir əvəz ala bilsə, Rusiya sistemlərini Ukraynaya ötürməkdə maraqlıdır. Kiprdə də nəzərə alırlar ki, Rusiyanın düşdüyü irimiqyaslı sanksiyalara görə, rus silahlarını saxlamaq çətin olacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*