Kiyev merindən sakinlərə xəbərdarlıq: “Vahiməyə düşməyin, evdən çıxmayın!”backend

Kiyev merindən sakinlərə xəbərdarlıq: "Vahiməyə düşməyin, evdən çıxmayın!"

Kiyev meri Vitali Kliçko paytaxt sakinlərinə müraciət edib.

KONKRET.az xəbər verir ki, mer şəhər sakinlərini vahiməyə düşməməyi çağırıb.

“Ukrayna təcavüzə məruz qalıb. Mərmi səsləri Kiyevdə də eşidilir. İndi ən dəhşətli düşmən vahimədir. Biz təmkinimizi itirmirik”, – deyə Kliçko vurğulayıb.

Onun sözlərinə görə, şəhərin mühüm infrastrukturu və həyat təminatı ilə məşğul olmayan hər kəs evdə qalmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*