“Kiyev mühasirədədir, lakin paytaxt özünümüdafiəyə hazırdır” – Podolyak AÇIQLADIbackend

“Kiyev mühasirədədir, lakin paytaxt özünümüdafiəyə hazırdır” – Podolyak AÇIQLADI

“Kiyev mühasirədədir, lakin müdafiə yaxşı düşünülüb. Yoxlama məntəqələrindəki hərbçilər yaxşı silahlanıb”.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib:

“Rusiya qoşunları Kiyevi mühasirəyə alıb, lakin Ukrayna paytaxtı özünü müdafiə etməyə hazırdır. Ölkə rəhbərliyi də yerindədir” – deyə o bildirib.

Podolyak  əlavə edib ki, şəhər döyüşə hazırdır: “Müdafiə yaxşı düşünülüb, təchizat qaydasındadır. Keçid məntəqələrindəki döyüşçülər diqqətli və peşəkardır. Ölkənin siyasi rəhbərliyi Ukraynada tam fəaliyyət göstərir” – o vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya ordusunun yaxın günlərdə Kiyevə yeni hücuma hazırlaşa biləcəyini açıqlamışdı.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*