Xəbər verdiyimiz kimi, Ukraynanın İrpen şəhərində rusiyalı hərbçilər “The New York Times”ın müxbirini öldürüb, daha bir jurnalisti isə yaralayıblar.
KONKRET.az xəbər verir ki, bununla bağlı Amerika nəşrindən açıqlama verilib.
Qəzetin sözçüsü həmin şəxsin adı çəkilən mətbu orqanda işləmədiyini deyib:
“Ukraynada jurnalist Brent Renaudun ölümündən kədərlənirik, lakin o, bu qəzetdə işləməyib”.
Xatırladaq ki, jurnalistin ölümü ilə bağlı ilk xəbəri Kiyev polisinin rəhbəri Andrey Nebitov yayıb.
O, mərhumun meyitinin və sənədlərinin fotosunu dərc edib və daha iki jurnalistin yaralandığını bildirib.
Ağ Ev amerikalı jurnalistin ölümü ilə bağlı Kiyevlə məsləhətləşdiyini açıqlayıb.
17:34
Bu gün Kiyev vilayətinin İrpin şəhərində dünyaca məşhur “New York Times” mediasının 51 yaşlı müxbiri güllələnib.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov məlumat verib. O, deyib ki, daha bir jurnalist yaralanıb:
“Əlbəttə, jurnalist peşəsi risklər ehtiva edir, lakin ABŞ vətəndaşı Brent Renaud rus ordusunun hiyləsini, qəddarlığını və amansızlığını işıqlandırmaq cəhdini həyatı ilə ödədi”.
Bu arada başqa bir amerikalı jurnalist yaralanıb və ona tibbi yardım göstərilir. O, həmkarının öldüyünü hələ bilmir.



