Kiyevdə təyyarə yaşayış evlərinə çırpılıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Təyyarənin hansı ölkəyə aid olduğu dəqiqləşdirilməyib. Qurbanlar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Eyni zamanda, ukraynalı deputat Aleksey Qonçarenko Kiyev yaxınlığında Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya məxsus təyyarəninin vurulduğunu bildirib.
