“Kiyevdən təxminən 25 kilometr şimalda onlarla kilometr uzunluğunda rus qoşunlarının kolonu hələ də dayanır”.
KONKRET.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, Kiyevdən təxminən 25 kilometr şimalda onlarla kilometr uzunluğunda rus qoşunlarının kolonu hələ də dayanır.
Ukraynanın hücumları və körpülərdən birinin partladılması kolonun hərəkətini ləngidib.
Xuraman Etibarlı,
KONKRET.az
