Knutov ikinci Mariupola çevrilmədən Odessanı ələ keçirmək PLANINI AÇIQLADIbackend

Knutov ikinci Mariupola çevrilmədən Odessanı ələ keçirmək PLANINI AÇIQLADI

“Rusiya Ukraynanın denazifikasiyası üzrə xüsusi əməliyyat zamanı Odessaya nəzarətin ələ keçirilməsində müəyyən strategiyaya əməl etməlidir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu qənaətə Rusiyanın tanınmış hərbi eksperti Yuri Knutov gəlib. Knutov yeni əməliyyatın taktikası haqqında ətraflı danışıb. O həmçinin Odessanı ikinci Mariupola çevirmədən ələ keçirmək planını açıqlayıb.

Yuri Knutov Rusiya Ukraynanın denazifikasiyası üzrə xüsusi əməliyyatın yeni mərhələsinə başladığını xatırladıb. Bu müddət ərzində Donbasın bütün ərazisinin Ukrayna qoşunlarından və millətçi qruplardan azad ediləcəyini bildirib. Rusiya Silahlı Qüvvələri üçün növbəti addımın Odessanı nəzarətə götürmək olduğunu dilə gətirib.

Hərbi ekspertin fikrincə, Odessanın ələ keçirilməsi çətin məsələdir. Çünki Kiyev şəhəri millətçi batalyonlar və Ukrayna Silahlı Qüvvələrinin qrupları ilə doldurub. Bununla belə, Odessa hərbi əməliyyət zamanı ikinci Mariupola çevrilməməlidir. Ona görə də Rusiya müəyyən taktiki plana əl atacaq.

Knutov Odessanın alınması strategiyasını açıqlayıb və qeyd edib ki, Rusiya Silahlı Qüvvələri son dərəcə incə hərəkət etməlidir. Çox güman ki, şəhər mütəşəkkil blokadada olacaq.

Knutov bildirib ki, Odessaya hücum edilməməlidir, çünki bu, ciddi nəticələrə səbəb ola bilər. Millətçi qrupların və Ukrayna Silahlı Qüvvələrinin tədricən zərərsizləşdirilməsi ilə güclü blokada quraraq şəhər alınmalıdır. Bu vəziyyət Ukrayna təhlükəsizlik qüvvələrini silahı yerə qoymağa məcbur edəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*