Koçaryan klanının sonu çatıb? – “Neytrallaşdırmaq lazımdır”backend

Koçaryan klanının sonu çatıb? - “Neytrallaşdırmaq lazımdır”

“Əslinə qalsa, Ermənistandakı parlament seçkiləri vaxtında da Nikol Paşinyandan Sarukyana, Sarkisyan və Koçaryana ünvanlanan təhdidlər vardı”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O, Ermənistanda Robert Koçaryan və oğlu Sedrak Koçaryanın saxlanılması barədə məlumatı şərh edib:

“Ermənistanda hökumət formalaşdırıldıqdan sonra, yeni kabinənin qarşısında duran əsas məqsədlər açıqlanıb. Bəllidir ki, bu məqsədlərin icrası hazırda müxalifətdə olan Ermənistanın keçmiş rəhbərlərinin xoşuna gəlmir. Müxalifətin Rusiyanın təşviqi nəticəsində bu addımları atıb-atmadığı ikinci dərəcəli məsələdir. İlk növbədə, Paşinyana məqsədlərinə müxalif olan siyasətçiləri neytrallaşdırmaq lazımdır. Doğrusu, onların əhali arasında populyar olması sual altındadır.

Müxalifət rəhbərlərin bir çoxuna münasibət olduqca mənfidir. Amma onların böyük maliyyə imkanları mövcuddur. Bu maliyyə imkanlarından istifadə etdiklərini seçki vaxtında gördük. İstisna deyil ki, Rusiya moskvameyilli müxalif liderləri hərətərəfli maliyyə resursları ilə təmin edir. Bu baxımdan, Paşinyanın addımları siyasi cəhətdən məntiqlidir.

Əminəm ki, Koçaryan, Sarkisyan və digər sabiq liderlərin Ermənistanda törətdiyi cinayətlər ifşa olunacaq. Sözügedən erməni rəhbərləri vaxtilə Azərbaycana qarşı da müharibə cinayətləri törədib. onlara qarşı Azərbaycanın ittihamları da öz əksini tapmalıdır”.

Politoloq əlavə edib ki, Kreml və Paşinyan arasındakı gərginlik real deyil:

“Kremlin Paşinyanın müxalif liderlərə qarşı gördüyü tədbirlərə qarşı ciddi reaksiya verəcəyinə inanmıram. Seçki ərəfəsində gördük ki, Paşinyan Moskvaya səfər etdi və Rusiyanın qapalı dəstəyinə nail oldu.

Rusiya son illərin ən mühüm dövrlərində həmişə Paşinyana dəstək verirdi. Moskvanın indiki zəif vəziyyətində Paşinyanın ikiüzlü oyunları Kremlin maraqlarını müdafiə etmək üçün yeganə vasitədir. Bu illər ərzində Ermənistandakı rus hərbçilərinin çıxması barədə çoxlu söhbətlər var idi. KTMT üzvlüyündən çıxmaq məsələsi də gündəmdədir, amma bir addım atılımır. Bütün bunları nəzərə aldıqda, Kreml və Paşinyan arasındakı gərginlik, real gərginlik deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*