KOÇARYAN TƏŞVİŞDƏ: “Görəsən, rəsmi Bakı sülhməramlıların mandatını uzatmasa, nə baş verəcək?”backend

KOÇARYAN TƏŞVİŞDƏ: “Görəsən, rəsmi Bakı sülhməramlıların mandatını uzatmasa, nə baş verəcək?”

“Ermənistan artıq “Artsax”ın təhlükəzisliyinin təminatçısı deyil”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan keçirdiyi mətbuat konfransında səsləndirib. O bildirib ki, Ermənistan hökuməti hər şeyi Rusiyanın üzərinə yıxaraq məsələni müzakirə etməkdən yayınır.

“Ermənistan” blokunun rəhbərinin fikrincə, belə bir məsuliyyətli yükü bilərəkdən Moskvanın çiyinləri üzərinə qoyurlar ki, erməni cəmiyyəti də Qarbağla bağlı bütün sualları Rusiyaya ünvanlasın.

“Hər gün özümə sual verirəm ki, görəsən, rəsmi Bakı Rusiya sülhməramlı missiyasının mandatını uzatmağa razı olmasa, nə baş verəcək? Görəsən, indiki hökumət bu sualı özünə verirmi?” – Koçaryan vurğulayıb. Onun fikrincə, hər bir erməni bu barədə düşünməlidir.

Koçaryan onu da əlavə edib ki, Ermənistan öz subyektivliyini itirib və artıq Qarabağla bağlı danışıqlarda iştirak etmir: “Öz ölkəmizdə müharibədən sonrakı psixoloji pozuntuların nəticəsini aradan qaldıra bilmiriksə, o zaman sülh dövrü də açmağımız mümkün deyil. Dağlıq Qarabağın gələcəyi, statusu, Şuşa və Hadrutla bağlı suallar sadəcə olaraq müzakirə edilmir” – Koçaryan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*