Kolumbiyada helikopter qəzasında 8 hərbçi həlak oldubackend

Kolumbiyada helikopter qəzasında 8 hərbçi həlak oldu

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Huey II” helikopteri ölkənin şərqində qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Viçada departamentində humanitar missiyada olan Kolumbiya Hərbi Hava Qüvvələrinin səkkiz əməkdaşının ölümünü təəssüflə bildirirəm. Onların helikopteri qəzaya uğrayıb. Ölkə üçün bu kədərli məqamda ailələrə həmrəy olduğumu bildirirəm”, – deyə o bildirib

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*