Polis və səlahiyyətlilər mitinqə müdaxilə etməyiblər, baxmayaraq ki, belə səsli yürüşlər, ümumiyyətlə, dərhal dayandırılır. Azərbaycan və Türkiyə bayraqları olan 50-dən çox avtomobil Almaniya paytaxtının mərkəzi küçələri boyunca avtomobil siqnallarının sədaları altında və polis sirenalarının gurultulu uğultusu altında hərəkət edib. Onları 20-yə yaxın polis motosikli, ondan çox avtomobil və yaxşı təchiz olunmuş xüsusi təyinatlı dəstə olan bir neçə mikroavtobus müşayiət edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzetinin Almaniya bürosu məlumat yayıb. Məlumatda daha sonra deyilir ki, “Marşrut Brandenburg qapısından Kurfürstendama qədər Berlinin bütün mərkəzi küçələrindən keçdi. Yürüşçüləri müşayiət edən polis məmurları vaxtaşırı irəliləyərək qonşu küçələrdən çıxışı bağladılar və yürüş dayanmadan davam etdi. Avtomobillərdən, pəncərələrdən və lyuklardan gənc kişilər və qadınlar Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırdılar.
Azərbaycanın Almaniyadakı səfirliyi aksiya ilə heç bir əlaqəsi olmadığını bildirib. Mitinq Almaniyada icazə verilən, lakin Fransada qadağan edilən sağ ekstremist Graue Wolfe (“Türk Kurtları”) təşkilatı tərəfindən təşkil edildiyi məlum olub.
Surxay Atakişiyev,
KONKRET.az