KONKRET TV ÇƏKDİ: Vətən müharibəsi veteranı işlə təmin olundubackend

KONKRET TV ÇƏKDİ: Vətən müharibəsi veteranı işlə təmin olundu

KONKRET TV olaraq bir müddət öncə çəkib işıqlandırdığımız Vətən müharibəsi veteranı Əyyub Nağıyev yalnız işə ehtiyacı olduğunu bildirirdi.

Etdiyimiz çəkilişdən sonra veteranın istəyinə dərhal reaksiya verilib. Belə ki, Salyan rayonundan millət vəkili olan Jalə xanım Əhmədova məsələyə həssas yanaşaraq, Əyyub Nağıyevin işlə təmin olunmasında böyük təşəbbüs göstərib. J.Əhmədova  Vətən müharibəsi iştirakçısının müvafiq işlə təmin olunmasını “Elektrikquraşdırma” müəssisəsinin rəhbəri Oktay müəllimdən xahiş edib və beləliklə, Ə.Nağıyev dərhal müəssisəyə sürücü kimi işə qəbul edilib.  Və artıq o, döyüşdüyü bölgələrin abadlaşdırılmasında işində də yaxından iştirak edir.

Vətən müharibəsi veteranı kameramız vasitəsi ilə ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib. Daha ətraflı videoreportajda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*