Koronavirus pandemiyası səbəbi ilə ən azı bir valideynini, nənə və ya qəyyumunu itirən uşaqların sayı barədə statistika açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə araşdırmanı “Beynəlxalq tibb işçiləri qrupu” hazırlayıb.
Araşdırma “The Lancet” jurnalında dərc olunub.
London “Imperial College”nin tədqiqatçısı Culiet Anvinə görə, minimum 1,5 milyon uşaq bu cür itkidən əziyyət çəkir.
O yeni mutasiyaların yayıldığı və peyvəndlənmə prosesinin səngidi bir şəraitdə “koronavirus yetimləri”nin sayının bir neçə milyona qədər arta biləcəyini ehtimal edib.
