“Koronavirusdan əvvəl Ermənistanı son dərəcə təhlükəli bir virus – populizm virusu vurmuşdu”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti olmuş Serj Sarkisyan deyib:
“Koronavirusdan əvvəl dünyanın bir çox ölkəsini, o cümlədən Ermənistanı son dərəcə təhlükəli virus – populizm virusu vurmuşdu. Mən bunu böyük ağrı ilə qeyd edirəm, çünki mənim ölkəm hələ də populist həvəskarların səriştəsiz idarəçiliyinin ağır nəticələrini hiss edir. Koronavirus bizim yeganə sınağımız deyil” – Serj Sarkisyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
