Kreml: “Qarabağ məsələsi ilə bağlı Azərbaycanla daim kontaktdayıq”backend

Kreml: "Qarabağ məsələsi ilə bağlı Azərbaycanla daim kontaktdayıq"

Qarabağ məsələ ilə bağlı üçtərəfli sazişlərin icrasına dair Azərbaycanla əlaqələr daimi xarakter daşıyır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında iyulun 7-də Moskvada Putin-Paşinyan görüşünün baş tutmasından sonra Azərbaycan tərəfi ilə də hər hansı danışıqların gözlənildiyinə dair suala cavabında bildirib.

“Azərbaycan tərəfi ilə kontaktlar daimi əsaslarda davam edir. Hamı razılaşır ki, üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi çox vacib və alternativsizdir. Bu çərçivədə də həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə kontaktlar həyata keçirilir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*