“Nikol Paşinyan xalqı susdurmaq üçün polis rejimi yaradıb. Bunun üçün hər gün dövlətdən milyonlarla vəsait xərclənir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Gənclər Birliyinin mərkəzi idarə heyətinin üzvü Kristine Vardanyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, demokratiyadan dəm vuran Nikol indi hakimiyyəti xunta rejiminə çevirib. “Bu ölkədə fərqli nəcib fikirlərdən, demokratiyadan danışan insana baxın, necə hərəkət edir. Vergilərinizin hara getdiyini öyrənin, ay camaat! Nikol Paşinyan bu gün vətəndaşlarla görüşməkdən yayınır. Yüzdən çox polisin müşayiəti ilə Hökumətdən Nazirliyə hərəkət edir, gücü bu polislərdən alır, xalqdan yox. Xalqın dəstəyi yoxdur, komandasının dəstəyi belə yoxdur, sadəcə kreslosundan yapışıb qalıb, hakimiyyətdə qalması gün məsələsidir. Onun gündəlik fəaliyyətləri ölkəmizi və dövlətçiliyimizi məhv etməyə aparır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
