“KTMT-nin missiyası Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək” – Peskovbackend

"KTMT-nin missiyası Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək" - Peskov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyası Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Ermənistanla Azərbaycan sərhədində gərginlik qalmaqdadır və bununla əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının oraya göndərilməsi qərara alınıb.

“Dünən KTMT missiyasının sərhədə getməsi qərara alınıb. Onlar baxılacaq hesabat təqdim edəcəklər”, – deyə Peskov vurğulayıb.

O, əlavə edib ki, qərar axşam saatlarında verilib, missiyanın formalaşdırılması və onun sərhədə göndərilməsi bir qədər vaxt aparacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*