Kuleba: “Hava məkanının bağlanması günhasız ukraynalıların xilası üçün vacibdir”backend

Kuleba: “Hava məkanının bağlanması günhasız ukraynalıların xilası üçün vacibdir"

NATO-nun Ukrayna səmasını bağlaması alyansın nə dərəcədə özünə güvənməsindən asılıdır.

KONKRET.az-ın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba xarici jurnalistlər üçün keçirilən mətbuat brifinqində deyib.

“Əgər NATO özünə əmindirsə ki, o kifayət qədər güclüdür və Ukrayna səmasına Rusiya hava qüvvələri daxil ola bilməyəcək, Ukrayna səmasını qoruyan NATO təyyarələri ilə toqquşmaq istəməyəcək, o zaman müttəfiqlər Ukrayna səmasını bağlamalıdır. Yox, əgər NATO özünə güvənmirsə ki, Ukrayna səmasında Rusiya ilə qarşılaşmağa hazır deyil, o zaman əlbəttə ki, alyans Ukrayna səmasını bağlamayacaq. Məsələ bu qədər sadədir, ukraynalılar bunu belə anlayır. İndiyə qədər NATO-nun bu məsələyə reaksiyası təəsüfləndiricidir, çünki bu qərar hər bir halda havadan endirilən zərbələrlə öldürülən günhasız ukraynalıların xilası üçün vacibdir”, – deyə diplomat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*