Salyan rayonunda yeniyetmə Kür çayında boğulub.
KONKRET.az xəbər verir ki, hadisə ötən gün Kür çayının Salyan şəhərinin Babazanlı yaşayış massivindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə Salyan şəhər sakini, 15 yaşlı Baxışov Emil Əziz oğlu ilə birgə daha iki nəfər qayıqla Kür çayının digər tayına keçərkən olub.
Qayığın aşması nəticəsində onların hər üçü suya düşüb. İkisi sudan çıxarılsa da, E.Baxışovun həyatını xilas etmək mümkün olmayıb və o, Kür çayında batıb.
Yeniyetmənin meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
