Laçın rayonunun sərvətləri – İqtisadçıbackend

Laçın rayonunun sərvətləri – İqtisadçı

Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan Laçın rayonu yenidən bizdədir. 28 il öncə 264 vətəndaşımızın şəhid olduğu, 65 nəfərin girov düşdüyü və 103 sakinin əmək qabiliyyətini itirdiyi döyüşlərdən sonra Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

KONKRET.az  xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

“Laçın rayonu iqtisadi potensialına görə Azərbaycanda xüsusi seçilən bölgələrimizdəndir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrindən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var.

28 illik işğal Laçın rayonunun potensialından istifadəyə imkan vermədi. Dövlət Statistika Komitəsinin məlumatına görə, Laçın rayonuna məxsus müəssisə və təşkilatlarda 2019-cu ildə cəmi 27 milyon 326 min manatlıq məhsul istehsal olunub. İşğal nəticəsində Laçın rayonuna dəyən ziyan onmilyard dollarla ölçülür.

Artıq Laçın bizimdir. Bu dəfə daimi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*