backend

Laçında hərbçilərimizin həlak olduğu qəzanın görüntüsü — FOTO

Sosial şəbəkələrdə bu gün günorta saatlarında Laçın rayonu ərazisində qəzaya düşən “KamAZ” markalı hərbi yük avtomobilinin fotosu yayılıb.

KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, qəza nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları  – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*