Lənkəranda 22 yaşlı qadın öldübackend

Lənkəranda 22 yaşlı qadın öldü

Lənkəran rayonunda 22 yaşlı qadın vəfat edib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.

Belə ki, kənd sakini 2002-ci il təvəllüdlü Səkinə Məmmədovanın hamamda olarkən halı pisləşib. Onun bu halından xəbər tutan yaxınları Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Həkimlərin sözlərinə görə, S.Məmmədova xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları Səkinənin epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*