Lənkəranda qəzada ölən və xəsarət alanların kimliyi bəlli oldu – YENİLƏNİBbackend

Lənkəranda qəzada ölən və xəsarət alanların kimliyi bəlli oldu - YENİLƏNİB

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, qəza nəticəsində 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb. 2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib.

*** 

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt – Astara magistralının 186-cı km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. “VAZ-2106” və “VAZ-21011” markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*