Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə axşama doğru Lənkəran rayonunun Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, rayonunun Aşağı Nüvədi kənd sakini 2007- ci il təvəllüdlü Şahrza Ağayar oğlu Əliyevi minik avtomobili vurub.
Yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
