Lent.az-ın redaktoru xərçəngə tutulub – DURUMU AĞIRDIRbackend

Lent.az-ın redaktoru xərçəngə tutulub - DURUMU AĞIRDIR

Tanınmış jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb.

KONKRET.az-ın məlumatına görə, yaxınları bildirib ki, hazırda jurnalistin xəstəliyi ağır fazadadır.

Həkimlər S.Əvəzqızının müalicə ilə sağala biləcəyini bildiriblər. Lakin bunun üçün təcili müalicəyə başlanılmalıdır.

Müalicə üçün böyük məbləğ tələb olunduğu üçün S.Əvəzqızının ailəsi bunu qarşılaya bilmir.

Qeyd edək ki, S.Əvəzqızı 1990-cı illərdən jurnalistika fəaliyyəti ilə məşğul olur. “Yeni Müsavat”, “Gün Səhər” qəzetlərində, “Həftə içi” qəzetinin Hafta.az saytında işləyib. Hazırda Lent.az saytının redaktorudur./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*