Leonid Kalaşnikov: “Əliyev dostluğun, əməkdaşlığın, dövlət maraqlarının bütün incəliklərini dərk edir”backend

Leonid Kalaşnikov: "Əliyev dostluğun, əməkdaşlığın, dövlət maraqlarının bütün incəliklərini dərk edir"

“İstənilən ölkə arasında həmişə müəyyən ziddiyyətlər olur. Bu cür ziddiyyətlər keçmiş Sovet İttifaqının respublikaları arasında da mövcuddur. Amma Azərbaycanın və Rusiyanın çox müdrik rəhbərləri var, bizim bəxtimiz gətirib. Rusiya ilə Azərbaycan dostluğu qoruyur, xalqlarımızın, ölkələrimizin bir vaxtlar sovet xalqı, Sovet İttifaqı adı altında birləşdiyini dərk edərək, hər zaman istənilən məsələləri həll etməyə çalışır”.

KONKRET.az bildirir ki, bu fikirləri “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov vurğulayıb.

O, daha sonra fikirləini belə davam etdirib:

“İlham Əliyev bunu çox gözəl anlayır. Dostluğun, əməkdaşlığın, dövlət maraqlarının bütün incəliklərini dərk edir. O, qarşılıqlı faydalı əməkdaşlığın xeyrinə, milli maraqlar naminə əlaqələr qurmağı bilir. Bu, siyasi liderin istedadıdır.

Münasibətlərdə obyektivlik, Rusiya Federasiyasının hərəkətlərini başa düşmək. Bütün bunlar İlham Heydəroviç Əliyevə xasdır. Mən bunu bizim hər bir görüşümüzdə görürəm ki, dövlət başçısı kimi çox məşğul olmasına baxmayaraq, o, MDB işləri üzrə komitənin sədri kimi bir səviyyədə görüşmək imkanı tapır. Mən onun bu istedadına, dövlət məsələlərinin həllində müstəsna idarəçilik qabiliyyətinə əmin oldum.

İlham Əliyev gözəl ölkənin gözəl prezidentidir. Ona çox böyük hörmətlə yanaşıram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*