backend

Lider TV-nin əməkdaşlarına təzminat ödəniləcək? - AÇIQLAMA 

Fəaliyyəti dayandırılan Lider TV-nin əməkdaşları onlara təzminat verilmədiyini bildirirlər.

KONKRET.az-ın məlumatına görə, telekanalın əməkdaşlarından bir neçəsi qeyd edib ki, “Lider”in bağlanmasından bir aydan çox vaxt keçsə də, onlara qanunvericilikdə nəzərdə tutulan təzminat hələ də ödənilməyib.

“Lider” telekanalının ləğv olunma proseduru üçün inzibatçı təyin edilən Mikayıl Abbasov “qaqazinfo”ya açıqlamasında bildirib ki, məhkəmənin qərarı ilə Lider TV-yə məxsus olan avadanlıqlar satışa çıxarılıb:

“Hazırda məhkəmənin qərarı icra olunur. Yalnız avadanlıqlar satıldıqdan sonra əldə olunan vəsait hesabına təzminatlar və digər borclar ödəniləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*