“Lukaşenko niyə əvvəllər traktorçu siması ilə belə açıqlamalar vermirdi?”backend

"Lukaşenko niyə əvvəllər traktorçu siması ilə belə açıqlamalar vermirdi?"

“Hakimiyyət dəyişikliyi olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək mümkün deyil” .

KONKRET.az xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, bunun üçün Ermənistan-Rusiya, Ermənistan-İran, Ermənistan-Azərbaycan münasibətləri məsələsində müxalifətin aydın mövqeyi vacibdir.

“Niyə indi MDB miqyasında Jirinovski rolunu oynayan, traktorçu siması olan həmin Lukaşenko əvvəllər Ermənistan haqqında belə açıqlamalar vermirdi? Belarusun Ermənistandakı səfirliyini müxtəlif şeylərlə bombalamaq Ermənistanın suverenliyini artırdı? Erməni xalqını daim təhqir edən Türkiyə və Azərbaycana qarşı niyə eyni reaksiya yoxdur?
Nə üçün əvvəllər Rusiya Xarici İşlər Nazirliyi ilə belə polemikamız olmayıb? 2018-ci ildən sonra müttəfiqlərimizin sayı artıb, yoxsa azalıb?”, – deyə Tevanyan sual verib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*