Məlum olduğu kimi, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində dövlət və hökumət başçılarının qarşılanma mərasimindən sonra birgə xatirə fotosu çəkdirilən zaman Polşa prezidenti Anjey Duda şəkil çəkdirməkdən imtina edib. Buna səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı olub.
KONKRET.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, Belarus lideri həmin hadisəyə reaksiya verib.
Dövlət başçısı qeyd edib ki, həmkarı piarla məşğuldur və diqqət çəkmək niyyətində olub.
Xatırladaq ki, Polşa lideri ilə yanaşı Litva və latviyalı prezidentlər də oxşar addımı atıblar.
Məlik,
KONKRET.az