Macarıstan Azərbaycan qazını almaq üçün interkonnektor tikirbackend

Macarıstan Azərbaycan qazını almaq üçün interkonnektor tikir

Macarıstan və Serbiyanın yüksək təzyiqli qaz boru şəbəkələri Serbiyanın Horqoşa rayonunda birləşdirilib və bu, Azərbaycan qazının Macarıstana idxalına imkan verən interkonnektorun tikintisi üçün xüsusi əhəmiyyət daşıyır.

KONKRET.az xəbər verir ki, bunu Macarıstanın FGSZ qaz ötürücü sistemi operatorunun baş direktoru Sabolç Ferents deyib.

Serbiya-Macarıstan qaz kəmərininin tikintisinin 2021-ci il oktyabrın 1-də başa çatması planlaşdırılır.

Baş direktor bildirib ki, FGSZ Serbiya sərhədindən 15 kilometr uzunluğunda boru kəməri inşa edəcək. Layihənin Macarıstan sahəsinin tikintisi 57 milyon dollara yaxın qiymətləndirilir. Türkiyədən Bolqarıstan və Serbiya ərazisindən keçməklə Macarıstana çatacaq boru kəmərinin buraxılış gücü ildə 15,7 milyon kubmetr qaz təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*