Mahaçqaladakı partlayışda ölənlərin sayı 12 nəfərə çatdı, 4 nəfər isə xəstəxanadadırbackend

Mahaçqaladakı partlayışda ölənlərin sayı 12 nəfərə çatdı, 4 nəfər isə xəstəxanadadır

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 4 zərərçəkən isə xəstəxanalarda qalır.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.

Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağır qiymətləndirilir. Onların hər biri lazımi tibbi yardımla təmin olunub.

Qeyd edək ki, ötən gün Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*