Makron Putinə ZƏNG ETDİ: “Beynəlxalq ictimaiyyətin əksəriyyətinin” tələbini TƏKRARLADIbackend

Makron Putinə ZƏNG ETDİ: "Beynəlxalq ictimaiyyətin əksəriyyətinin" tələbini TƏKRARLADI

Makron Putinə yenidən zəng edib. Fransa prezidenti “beynəlxalq ictimaiyyətin əksəriyyətinin” tələbini təkrarlayıb.

KONKRET.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Putinlə martın 6-da danışıb. Fransa prezidentinin administrasiyasının məlumatına görə, söhbət Parisin təşəbbüsü ilə baş tutub və 1 saat davam edib. 45 dəq. (Moskva vaxtı ilə təxminən 14:00-dan 15:45-dək).

Prezident Makronun çağırışı əsasən Ukraynanın atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunub.

Yelisey sarayının məlumatına görə, Putin “atom elektrik stansiyalarına hücum etmək niyyətində olmadığını” bildirib, “MAQATE standartlarına əməl edəcəyini” vəd edib və nüvə enerjisinin təhlükəsizliyini təmin etmək üçün Ukrayna-Rusiya-MAQATE dialoquna razılaşıb.

Makron həmçinin Fransa və “beynəlxalq ictimaiyyətin əksəriyyətinin” (BMT səsverməsi ilə təsdiqlənib) Ukraynada hərbi əməliyyatlara son qoyulması tələbini təkrarlayıb.

Prezident Putin rus qoşunlarının mülki infrastruktura və mülki insanlara hücum etdiyini təkzib edib.

Fransa prezidenti təkrar edib ki, Ukraynada baş verənlər təkcə Ukraynaya deyil, həm də Rusiyaya baha başa gələcək. Prezident Makron növbəti dəfə Rusiya Federasiyasından “beynəlxalq hüquqa əməl etməyi” tələb edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*