Rusiya prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər təhlükəsizlik təminatlarına dair Rusiyanın təkliflərini müzakirə ediblər.
Prezidentlər Qarabağda vəziyyətin sabitləşməsindən məmnun olduqlarını bildiriblər.
Makronun təklifi ilə Malidəki vəziyyət də müzakirə edilib.
